Millimiz braziliyalıya tapşırıldı
26 May 2016 18:40 İdmanFutzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az bildirir ki, ispaniyalı Tino Peresin tərk etdiyi post braziliyalı mütəxəssisə tapşırılıb. Belə ki, yığmamızın baş məşqçisi vəzifəsi Milton Luiz Ziller Juniora həvalə olunub. Cənubi amerikalı çalışdırıcı yığmamızın tarixində 2-ci braziliyalı məşqçisidir. Peresə qədər bu postu tutan Joze Alesio komandamızı tarixində ilk dəfə AÇ-yə daşımışdı.
Qeyd edək ki, Junior millimizi Kolumbiyada keçiriləcək DÇ-2016-ya hazırlayıb, mundiala aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31