Türkiyə Kuboku: "Qalatasaray", yoxsa "Fənərbağça"?

Bu gün Türkiyə Kubokunun final oyunu keçiriləcək. Qol.az bildirir ki, həlledici görüşdə "Qalatasaray" və "Fənərbağça" komandaları üz-üzə gələcəklər.

Türkiyə Superliqasında çempionluğu əldən verən "Fənərbağça" ölkə kubokunu qazanmaqla azarkeşlərini sevindirməyə çalışacaq. "Qalatasaray" da bu axşam qələbə qazanmaqla mövsümü titulla başa vurmaq niyyətindədir.

Qeyd edək ki, Antalya stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:15-də keçiriləcək.

26 may

Türkiyə Kuboku, final

22:15. "Qalatasaray" - "Fənərbağça"
Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel və Esat Sancaktar 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31