Fərhad Vəliyev "Qarabağ"dan ayrıldı

Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayevlə yollarını ayıran "Sumqayıt" klubu "Qarabağ"da çıxış edən Fərhad Vəliyevlə anlaşıb. Goal.az-ın məlumatına görə, artıq 36 yaşlı əlcək sahibi ilə anlaşma əldə olunub və həftə ərzində 1 illik müqaviləyə imza atılacaq. Hazırda milli komandanın heyətində Avstriyada təlim-məşq toplanışında olan S.Ağayev isə paytaxta qayıtdıqdan sonra "İnter"lə müqavilə imzalayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31