"Qırmızı şeytanlar" səs-küylü transferə hazırlaşır

Zlatan İbrahimoviç PSG-dən ayrılandan sonra İngiltərəyə  getməyə hazırlaşır. Goal.az xəbər verir ki, isveçli forvard Mourinyonun "Manchester United"ə təyinatından sonra ilk səs-küylü transfer olacaq. "Manikunianlar" Zlatana "1+1" sxemi ilə müqavilə və 10.5 milyon funt təklif etməyə hazırlaşır. Onun maaşı həftədə 325 min funt ola bilər. Bonuslar da nəzərə alınmaqla İbrahimoviç "United"də 45 milyon funt qazana biləcək. Bundan başqa İbranın ABŞ-a getmək ehtimalı da var. Onun həyat yoldaşı orda idman biznesi ilə məşğul olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31