"Liverpool" Tureni saxlamayacaq

"Liverpool" Klolo Ture ilə müqaviləni yeniləməmək qərarına gəlib. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi klubda qalmaq istəyir və istənilən vaxt yeni müqaviləni imzalamağa hazırdır. Amma bu variant qeyri-real görünür. Yurqen Klopp arxa xəttə daha gənc və enerjili futbolçu gətirmək barədə düşünür. Ture "Liverpool"a 2013-cü ildə azad agent kimi keçmişdi.

"Qırmızılar"ın heyətində 72 rəsmi oyuna çıxan futbolçu ötən mövsüm 1 qolun müəllifi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31