"Valencia" baş məşqçi məsələsini həll etdi

"Valencia"da baş məşqçi postunu kimi tutacağı aydınlaşıb. Goal.az  xəbər verir ki, Fransisko Martin Ayestaranla 2018-ci il iyunun 30-a kimi müqavilə imzalanıb. "Yarasalar"ın prezidenti Lei Hun Çan və idman direktoru Xesus Qarsiya verilmiş qərarla heyəti tanış edib.

Qeyd edək ki, martda Qari Nevillin istefasından sonra Ayestaran müvəqqəti olaraq baş məşqçi səalhiyyətlərini yerinə yetirirdi.  2004-2007-ci illərdə Benitezin köməkçisi kimi çalışmış 53 yaşlı mütəxəsis "Valencia"nı 8 oyunda meydana çıxarıb. Bunların 3-də qalib, 3-də məğlub olan komanda  görüşü heç-heçə başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31