Ed Vudvord: "O getsə də..."

"Mançester Yunayted" Lui van Qaalın istefaya göndərilməsini rəsmən elan edib. Goal.az xəbər verir ki, klubun vitse-prezidenti Ed Vudvord holland mütəxəssisə xidmətinə görə təşəkkür edib. "Lui və onun köməkçilərinə 2 ildəki fəaliyyətinə görə təşəkkür edirəm. Bunun kulminasiyası İngiltərə Kubokunda 12-ci çempionluq oldu. Lui bu vaxt ərzində işini peşəkar və layiqli şəkildə icra etdi. O getsə də, gənc futbolçulara özünü yüksək səviyyədə göstərmək imkanı verməklə lazımlı irs qoydu. Klub ona gələcək işlərində uğurlar arzu edir". "Manikunianlar"ın rəsmi saytı yeni baş məşqçinin adını yaxın saatlarda elan edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31