Suarezin Amerika Kubokunda iştirakı sual altındadır

İspaniya Kubokunun finalında baş tutmuş "Barselona" - "Sevilya" (2:0) matçında zədələnən Luis Suarezin tibbi yoxlama nəticələri məlumdur. Goal.az xəbər verir ki, uruqvaylı hücumçu 3 həftəlik sıradan çıxıb. "Barsa"nın forvardı omba nahiyəsində əzələsini dartıb. Onun Amerika Kubokuna qatılmağı böyük sual altındadır. Belə ki, turnir iyunun 4-ü başlayacaq. Uruqvay isə ilk matçını iyunun 6-da Meksikaya qarşı keçirəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31