Azərbaycanlı qapıçı Bundesliqada qaldı

Almaniya Bundesliqasında qalmaq uğrunda keçid oyunlarına yekun vurulub. Apasport.az bildirir ki, azərbaycanlı qapıçı Emil Balayevin şərəfini qoruduğu Frankfurtun "Ayntraxt" klubu yüksək dəstədə yerini qoruyub. Bundesliqada 16-cı olub, pley-offa yollanan frankfurtlular aşağı dəstədə 3-cü olan "Nürnberq"lə qarşılaşıblar. Evdəki ilk görüşdə heç-heçə ilə (1:1) kifayətlənən Emilin komandası səfərdə 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək, Balayevin adı son oyunda "18-liy"ə daxil edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31