Rusiyalı tennisçi BMT-nin xoşməramlı səfiri adından məhrum edilib
Mariya Şarapova haqqında aparılan istintaq müddəti ərzində tədbirlərdə xoşməramlı səfir kimi iştirak edə bilməyəcək
24 May 2016 12:33 İdmanBMT məşhur rusiyalı tennisçi Mariya Şarapovanı BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri adından məhrum edib. BMT-nin Bakıda ofisindən "Report"a verilən məlumata görə, təşkilat xanım idmançıya işlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb. "Bir neçə rusiyalı idmançının, o cümlədən M.Şarapovanın adının dopinqdən istifadədə hallandığı bu məqamda tennisçi haqqında aparılan istintaq müddəti ərzində tədbirlərdə xoşməramlı səfir kimi iştirak edə bilməyəcək", - BMT İP-nin məlumatında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31