"Qarabağ" icarəyə verdiyi futbolçunu qaytardı
23 May 2016 19:00 İdmanAzərbaycan çempionu "Qarabağ" bir futbolçusunu geri qaytarıb. Apasport.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Namiq Ələsgərovdan gedir. Mövsümün əvvəlində Tərlan Quliyev və Şəhriyar Əliyevi, qış fasiləsində isə Namiq Ələsgərovu "Kəpəz"ə icarəyə verən Ağdam təmsilçisi sonuncunun çıxışından məmnun qalıb. Elə bu səbəbdəndi ki, gəncəlilərlə icarə müddəti başa çatan 21 yaşlı futbolçu geri qaytarılıb. Ələsgərov "Qarabağ"ın yay təlim-məşq toplanışından etibarən kollektivə qoşulacaq.
Qeyd edək ki, "Qarabağ"ın "Kəpəz"də icarə əsasında çıxış edən digər futbolçusu Tərlan Quliyev isə "İnter"lə anlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31