"Qvardiola "Bavariya"nı gücləndirmədi"
23 May 2016 18:55 İdman"Bavariya"nın sabiq baş məşqçisi Feliks Maqat artıq "Mançester Siti"nin baş məşqçisi olan Xosep Qvardiolanın Münhen klubundakı fəaliyyətini ümumiləşdirib. Goal.az xəbər verir ki, alman mütəxəssis "Sport 1" nəşrinə açıqlamasında Pepin komandada xüsusi iş görmədiyini qeyd edib. "Çempionlar Liqasının qalibi olmuş komandanı daha da gücləndirmək çətin vəzifədir. Mən bunu edə bilməzdim. Qvardiolanın dövründə "Bavariya"nın 3 dəfə Bundesliqa, 2 dəfə ölkə kubokunu qazanması komandaya qoyulan investisiyalar sayəsində mümkün idi. Buna görə bu titulların qazanılmasında xüsusi bir şey yoxdur. "Bayer" buna nail olmalı idi. Düşünmürəm ki, Qvardiola çempionları gücləndirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31