Suares zədələndi
23 May 2016 18:54 İdman"Barselona"nın futbolçusu Luis Suares zədələnib. Qol.az xəbər verir ki, uruqvaylı hücumçu İspaniya kubokunda "Sevilya" ilə final oyununda zədə alıb. Bu səbəbdən o, 57-ci dəqiqədə əvəzlənib.
L.Suaresin Amerika kubokunda iştirak edib-etməyəcəyi tibbi müayinədən keçidikdən sonra müəyyənləşəcək. L.Suares özünün İnstaqram hesabında sözügedən turnirdə oynayacağına inandığını deyib: "Ümid edirəm ki, ciddi problemim yoxdur və mən Amerika kubokunda oynaya biləcəm".
Qeyd edək ki, "Barselona" - "Sevilya" matçı Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31