"Sevilya"nın oyununa insafla qiymət vermək lazımdır"
23 May 2016 18:53 İdmanAvropa Liqasında ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirən "Sevilya" İspaniya kubokunun finalında "Barselona" ilə bacarmayıb. Əndəlus klubu əsas vaxtda qapısını toxunulmaz saxlasa da, əlavə vaxtda 2 dəfə topu tordan çıxarmalı olub. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Unay Emeri bunları deyib:
"Futbolçular yaxşı mübarizə aparırdı. Say üstünlüyü bizim tərəfdə olanda topa daha çox nəzarət etməyə çalışırdıq. Bu plan həm bizdə, həm də rəqibdə baş tuturdu. İkinci hissədə fərqlənmək üçün 2 əlverişli imkan əldə etdik. Ola bilsin, həlledici anlarda enerji çatışmadı. Amma Avropa Liqasının finalından sonra "Sevilya"nın oyununa insafla qiymət vermək lazımdır. Qol vəziyyətlərinin sayına görə qalib gələ bilərdik. Lakin rəqib "Barselona"dırsa, istənilən vaxt qalib gəlməyə qadirdir".