""Sevilya" bizə böyük təzyiq göstərdi"
23 May 2016 18:51 İdman"Barselona" İspaniya kubokunun finalında "Sevilya"nı məğlub edərək "qızıl dubl" etdi. Goal.az xəbər verir ki, matçdan sonra katalonların baş məşqçisi Luis Enrike bunları deyib:
"Mövsümün sonu təkcə Primera oyunlarında qələbələrə görə deyil, kubok finalı baxımından da effektiv alındı. Oyunun böyük hissəsini azlıqda keçirdik. Amma xüsusilə müdafiədə ideal oyun keçirdik. "Sevilya" bizə böyük təzyiq göstərdi. Biz çətinliklərə baxmayaraq nə etmək lazım olduğunu bilirdik. Mövsümü birmənalı olaraq uğurlu saymaq olar. "Barselona" 6 tituldan 4-nü qazandı. Medalın digər üzü oyunçuların zədəsidir. Bu mövsüm ötən ilə nisbətən mənə daha asan alındı. Amma bütün titulları qazana bilmədik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31