Keçmiş "Qəbələ"li: "Məşqçilik karyeramı bərpa etmək istəyirəm"

"Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin yenidən bu işlə məşğul olacağına dair açıqlamalar verib. Rusiya KİV-in verdiyi məlumata görə, mütəxəssis hansı klublarla danışıq apardığını açıqlamayıb. O, müqavilə imzalamazdan əvvəl heç bir şayiəni cavablandırmayacağını deyib: "Müqavilədən əvvəl heç bir məsələni şərh edə bilmərəm. Yeni mövsümdən məşqçilik karyeramı bərpa etmək istəyirəm. Yalnız bunu deyə bilərəm". 69 yaşlı baş məşqçinin sonuncu iş yeri "Anji" klubu olub. 2015-ci ilin yayında komandaya baş məşqçi təyin olunan Y.Syomin mövsümün 10-cu turunda uğursuz nəticə səbəbindən komandadan ayrılıb.

Qeyd edək ki, Y.Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31