Totti və "Roma" gələcək gəlirləri bölə bilmirlər

Françesko Totti "Roma" ilə müqaviləsinin müddətini uzadacaq. Apasport.az xəbər verir ki, kapitanın yeni anlaşması 1 illik nəzərdə tutulub. "Mediaset Premium"un iddiasına inansaq, artıq tərəflər yeni müqavilənin detallarını razılaşdırıblar. Yeganə mübahisəli məqam ulduz oyunçunun gələn mövsümün sonundakı yubiley matçının gəlirlərinin bölüşdürülməsidir. Anlaşmanın bu ayın sonunda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, bu mövsüm "Roma" ilə ikisi start heyətdə olmaqla ümumilikdə 13 matça çıxan əfsanəvi oyunçu 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31