"Atletico" Mendeşlə anlaşdı
20 May 2016 18:49 İdman"Atletico"nun yarımmüdafiəçisi Tiyaqo Mendeş daha bir mövsüm klubda qalacaq. Goal.az xəbər verir ki, portuqaliyalı futbolçu 2017-ci kimi yeni müqaviləyə imza atıb. 35 yaşlı havbek 2009-cu ildən Madrid klubunda çıxış edir. Bu müddətdə o, İspaniyada bütün titullara sahib çıxıb. Bundan başqa Avroliqanın və Avropa superkubokunun qalibi olub. Bu mövsüm Mendeş zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31