Terrinin məvacibi 3 dəfəyə qədər azaldılıb
20 May 2016 18:45 İdmanMayın 18-də "Chelsea" Con Terri ilə yeni 1 illik müqavilə imzaladı. Təcrübəli müdafiəçi MLS və Çindən əlverişli təkliflər alsa da, doğma klubunda qalmağa qərar verdi.
Goal.az xəbər verir ki, yeni müqavilədən sonra Terrinin maaşı təxminən 3 dəfə azalıb. Həftəyə 180 min funt qazanan müdafiəçi artıq 65 min funta qane olmalıdır. Eyni zamanda müqavilədə Terrinin müntəzəm meydana çıxacağına zəmanət verilməyib. Buna baxmayaraq Con öz bacarığına inanır və əsas heyətə düşmək yolunda gənclərlə rəqabət aparmağa hazırdır. 35 yaşlı futbolçu qışa qədər oyun praktikasından narazı qalsa, Çin variantına qayıda bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31