Klopp ən bəxtsiz məşqçilər sırasında

"Liverpul" mövsümü titulla başa vurmaq imkanını əldən verib. "Qırmızılar" Avropa Liqasının finalına çıxsalar da, turnirin "ənənəvi" qalibinə çevrilmiş "Sevilya" ilə bacarmayıblar - 1:3. Mersisaydlılar sonuncu dəfə qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində 2001-ci ildə final oynamış və qalib gəlmişdilər. "Liverpul"un baş məşqçisi Yurgen Klopp isə bu sarıdan bəxtsiz məşqçi hesab oluna bilər. Goal.az xəbər verir ki, Bazeldə baş tutan görüş Kloppun karyerasında 5-ci final məğlubiyyəti ilə yadda qalıb. Gənc mütəxəssisin qalib gəldiyi yeganə final matçı 2012-ci ildə "Borussia"nın "Bavariya"nı Almaniya Kubokunda məğlub etdiyi (5:2) qarşılaşmadır. Superkubok oyunu istisna olmaqla digər 5 görüşdə isə Kloppun komandaları uduzub:

İngiltərə Kuboku 2015/16. Mançester Siti - Liverpul - 1:1 (pen 1:3)

Almaniya Kuboku 2014/15. "Borussiya" - "Volfsburq" - 1:3

Almaniya Kuboku 2013/14. "Bayer" - "Borussiya" - 0:2

Çempionlar Liqası 2012/13. "Borussiya" - "Bayer" - 1:2

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31