"Barselona"dan 160 milyonluq müqavilə
19 May 2016 18:43 İdman"Barselona" sponsoru "Nike" ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib. Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi 2018-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmaqla ilinə 100 milyon avro qazanacaq. Bu isə o deməkdir ki, "Barsa" bununla rekord müəyyənləşdirəcək və Adidas"ın "Mançester Yunayted"lə bağladığı 92 milyon avroluq müqaviləni geridə qoyaraq birinci olacaq. Kataloniya təmsilçisi "Nike" ilə hazırkı müqaviləsindən ilinə 50 milyon avro qazanır. "Barsa" bundan başqa, digər sponsoru "Qətər Hava Yolları" ilə də razılığa gəlib. Yeni müqavilə ilə klubun qazandığı gəlir 35 milyondan 60 milyon avroya qalxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31