Tules, Stil, Donaldsin və Makdonald Farimont Skramblin qalibləri oldular
19 May 2016 15:11 İdmanBakının qolf həvəskarları arasında artıq məşhur olan növbəti qolf Skrambl Fairmont otelinin sponsorluğu ilə keçirildi. 15 may tarixində Dreamland Qolf Klubunda keçirilən skramblda 72 nəfər iştirak etdi. Fairmont Bakı oteli öz növbəsində qaliblərə və fərqli bacarıqları nümayiş etdirən oyunçulara spa vauçerləri, oteldə gecələmə və s. hədiyyələr təqdim etdi. Bundan əlavə olaraq həmin gün ilk dəfə olaraq skrambl üçün nəzərdə tutulmuş yemək və içkilər də Fairmont Bakı oteli tərəfindən təmin edildi. Dreamland Qolf Klubunda keçirilən qolf turnirləri son dövrlərdə klub üzvləri və qonalar arasında böyük populyarlıq qazanmışdır. Hər tədbirdən öncə oyunçular üçün oyuna hazırlaşmazdan əvvəl səhər yeməyi təşkil edilir. Bunun ardınca isə hər komanda öz arasında qısa brifin edərək sahədə güclərini sınamağa gedirlər. Günün qalibləri Lesli Tulles, Alisdar Sti, Skot Donaldson və Adam Makdonald oldular. Onlar möhtəşəm komanda oyunu nümayiş etdirərək 58.5 xal qazandılar. Bu xallara ümumi olaraq 2,3, 4, 7, 10, 15 və 16-cı dəliklərdə 7 "bördi" atışı daxildir. Komandanın yeganə uğursuz atışı 9-cu dəlikdə oldu.
Ikinci yeri 58.8 xalla Frenk Vilson, Evan Drammond, Erik Braun və Pol Vinkldan ibarət komanda qazandır. Onların atışlarına 2, 4, 6, 13, 14 və 15-ci dəliklərdə 6 "bördi", 12-ci dəlikdə "iql" daxi idi. Komandanın uğursuz atışı 17-ci dəlikdə oldu.
59.6 xalla isə üçüncü yerə Qreq Boyl, Con Kvin, Den Lyuis və Devid Louson dan ibarət komanda layiq görüldü. Bu xala 8, 9, 12, 14 və 15-ci dəliklərdə 5 "bördi" atışı daxil idi. Uğursuz atış 1-ci dəliyə təsadüf etdi.
Gün ərzində oyunçular səriştə tələb edən Fairmont Bakı otelinin sponsorluq etdiyi müxtəlif yarışlarda da iştirak etdilər.
4-cü dəlikdə ən yaxın "pin" - Les Tulles
17-ci dəlikdə ən yaxın "pin" - Syuzan Drammond
6-cı dəlikdə qadınlarda ən uzun "drayv" - Reyçel Harrison
14-cü dəlikdə kişilərdə ən uzun "drayv" - Adam Makdonald
Turnirdən sonra oyunçuların mükafatlandıma mərasimi keçirildi. Onlar həmçinin Asiya mətbəxinə qonaq edildilər.
Növbəti turnir iyun ayının 12-ci Formula 1 münasibətilə olacaqdır.
Dreamland Qolf Klubu haqqında
2015-ci ildə öz qapılarını geniş ictimaiyyətə açan Dreamland Qolf Klubu Dye Dizayn tərəfindən dizayn
edilmiş 18 dəlikli beynəlxalq turnirlərə ev sahibliyi etmə səviyyəli qolf meydançası, İMG performans
studiyaları olan qolf akademiyası və müvafiq xidmət obyektlərinə malik Klabhaus-dan ibarətdir.
Meydança mənzil, villa və Sabis Sun beynəlxalq məktəbini əhatə edən Dreamland qapalı yaşayış
sahəsinin ən vacib hissəsi hesab olunur.
Ətraflı məlumat : Philip Jones GM Dreamland Qolf Klubu, Bakı E-mail: [email protected]