"Qələbə qazanmaqdan isə ikiqat həzz alırıq"

"Sevilya" ardıcıl 3-cü dəfə Avropa Liqası turnirində qalib olub. Əndəlus klubu mayın 18-də baş tutmuş final matçında "Liverpul"u məğlub edərək tarixində 5-ci dəfə sözügedən turnirdə çempionluq sevinci yaşayıb. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Unay Emeri qələbəni belə şərh edib.

"Unikal məmnunluq hissi keçirirəm. İndi bu uğurdan həzz alıb qarşıda daha bir finalın olduğunu diqqətdə saxlamaq lazımdır. Psixoloji nöqteyi-nəzərdən oyuna yaxşı hazırlaşmışdıq. Turnirin həlledici mərhələsinə vəsiqə qazandığımızı dərk edirdik. "Liverpul" əla komandadır. Onlar fərqlənəndən sonra özünəinam hissi artdı. Biz də qol vurandan sonra eyni hissi yaşadıq. Avroliqa bizə çox şey verdi. Demişdim ki, finala çıxmaqdan həzz almaq lazımdır. Burada qələbə qazanmaqdan isə ikiqat həzz alırıq. Həlledici məqamda irəli gedə bildik. Bu, vərdiş etdiyimiz oyundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31