"Trabzonspor"a yeni baş məşqçi təyin olundu

Türkiyənin "Trabzonspor" futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb.  Goal.az xəbər verir ki, bundan sonra komandaya Ersun Yanal rəhbərlik edəcək. 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, E.Yanal 2016/2017 mövsümü üçün 1.45 milyon avro, 2017/2018 mövsümü üçün 1.8 milyon avro qazanacaq. "Trabzonspor" hazırda Super Liqada 40 xalla 12-ci pillədə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31