Rusiya yığması Olimpiya Oyunlarından kənarlaşdırıla bilər
18 May 2016 18:44 İdmanBeynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-dan kənarlaşdırılacağını istisna etməyib. Oxu.az xəbər verir ki, onun sözlərini Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri sitat gətirib. O izah edib ki, bu, "dopinq proqramının" mövcudluğuna dair ittihamlar təsdiqini taparsa, mümkün olacaq. "BOK-un ayrı-ayrı idmnaçıları deyil, eləcə də onların ətrafındakıları məsuliyyətə cəlb edəcəyinə dair şübhə olmamalıdır. Olimpiya oyunlarından ömürlük kənarlaşdırma və ciddi pul cərimələri, Ümumrusiya Yüngül Atletika Federasiyası ilə olduğu kimi bütün milli federasiyanın kənarlaşdırılması da ola bilər", - Bax bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31