Runidən "Old Trafford"da yubiley qol

"Mançester Yunayted"in kapitanı Ueyn Runi üçün İngiltərə Premyer Liqasının sonuncu turunda "Bornmut"la matç (3:1) əlamətdar olub. Qol.az xəbər verir ki, sözügedən qarşılaşmanın 43-cü dəqiqəsində fərqlənən ingilis hücumçu "Old Trafford"da keçirilən ölkə çempionatı matçlarında vurduğu qolların sayını 100-ə yüksəldib.

Bununla da o, İngiltərədə bir stadionda ən çox qol vuran ikinci futbolçu olub.

Qeyd edək ki, bu göstəricidə rekord "Arsenal"ın keçmiş futbolçusu Tyerri Anriyə məxsusdur (114 qol).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31