Petr Çexin 4-cü "qızıl əlcəy"i

"Arsenal" klubunun qapıçısı Petr Çex karyerasında 4-cü dəfə futbol üzrə İngiltərə Premyer Liqasında "qızıl əlcəy"ə sahib çıxıb. Report-un məlumatına görə, 34 yaşlı qapıçı cari mövsüm "quru oyunlar" seriyasını 16-ya çatdırıb. Bu nəticə ilə o, "Mançester Yunayted"in qapıçısı David De Xeanı bir oyun qabaqlayıb. P.Çex mövsüm ərzində keçirdiyi 34 oyunda 31 qol buraxıb.

Qeyd edək ki, Petr Çex bundan əvvəl "Çelsi"nin heyətində 3 dəfə (2005, 2010 və 2014) "qızıl əlcək" qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31