Nazarovun ayrılıq vaxtı müəyyənləşdi

Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun "Karlsrue"ni tərk edəcəyi vaxt bəlli olub. Apasport.az xəbər verir ki, klub rəhbərliyinin yeni müqavilə imzalamadığı yarımmüdafiəçi iyunun 13-də II Bundesliqa təmsilçisinin düşərgəsindən birdəfəlik ayrılacaq. Onunla yanaşı, daha 6 futbolçu - Saşa Traut, Daniel Qordon, Manuel Quyde, Məhəmməd Quaida, Yonas Meffert və Dominik Peyts də qeyd olunan tarixdə "Karlsrue" ilə vidalaşacaq. Millimizin Avstriya toplanışına dəvət alan Nazarov iyunun 4-dək yığmanın düşərgəsində olacaq. Bundan sonra Almaniyaya qayıdacaq 26 yaşlı futbolçu əşyalarını toplayıb, "Karslrue" rəhbərliyi ilə sağollaşacaq.

Qeyd edək ki, yığmamızın heyətində 15 oyunda 4 qola imza atan Nazarov 2013-cü ildən "Karlsrue"nin formasını geyinirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31