4 milyon maaşdan narazıdır

"Real"ın qapıçısı Keylor Navas klubla yeni müqavilə imzalamağa ümid edir. Goal.az xəbər verir ki, kosta-rikalı qolkiper maaşının 50 faiz artırılmasını istəyir. Onun hazırki maaşı 4.4 milyon avro təşkil edir. "Mançester Yunayted" ötən yay Navasa 7 milyon avroya qədər məvacib təklif etsə də, onun De Xea ilə dəyişdirilməsi alınmamışdı. Eyni zamanda "Real"ın ispan qolkiperini iyunun 15-nə kimi transfer etmək hüququ qalır.  Bunun üçün "kral klubu" 50 milyon avrodan keçməlidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31