İkinci ən yaxşı əcnəbi məşqçi

İngiltərədə 2015/16 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb. Apasport.az xəbər verir ki, "Lester"in çalışdırıcısı Klaudio Ranyeri mövsümün məşqçisi seçilib.

İngiltərədə çalışan məşqçilər arasında keçirilən səsvermənin nəticəsinə görə, Ranyeri bütün rəqiblərini qabaqlayıb. Onu müvafiq olaraq Maurisio Poçettino ("Tottenhem"), Slaven Biliç ("Vest Hem") və Eddi Hau ("Bornmut") izləyiblər.

Ranyeri bu mükafatı qazanan ikinci əcnəbi məşqçi kimi tarixə düşüb. İlk dəfə "Arsenal"ın çalışdırıcısı Arsen Venger bu ada layiq görülüb.

Qeyd edək ki, "Lester" bu mövsüm böyük sürpriz edərək İngiltərə Premyer Liqasının qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31