"Uşaq kimi ağlamağa başladım"
16 May 2016 14:37 İdman"Udinese"nin hücumçusu Antonio Di Natale karyerasında son matçını keçirib. Onun komandası "Carpi"yə 1:2 hesabıyla uduzsa da, A Seriyasında yerini qoruyub. Goal.az xəbər verir ki, 38 yaşlı forvard matçdan sonra bunları deyib: "Birlikdə 12 il keçirdik. Komanda yoldaşlarım və kluba təşəkkür etmək istəyirəm. Məşqdə zədə almışdım, amma 20 dəqiqə oynamaq istəyirdim. Həkimlər meydana çıxmağıma icazə verdi. Vida gününə kimi sakitliyimi qorumuşdum. Paltardəyişmə otağında oturanda uşaq kimi ağlamağa başladım. Gözlərimin önündə 12 il canlandı. "Udinese"yə fayda verməyə çalışdım. Çox qol vurdum, klubun tarixinə keçməyə ümid edirəm. İndi ailəmə vaxt ayırmaq istəyirəm. Sonra növbəti addımım barədə düşünəcəm. Klub prezidentinə istənilən vaxt zəng vurmaq imkanım var".