“Formula-1”də qəza, liderlər yarışdan çıxdı -

Hər iki pilot distansiyadan çıxıb və maşınlar ciddi ziyan görüb.Mercedes-i təmsil edən "Formula-1" pilotları Niko Rosberq və Luis Hemilton İspaniya Qran-prisinin ilk mərhələsində bir-biriləri ilə toqquşmaları üzündən yarışı tərk ediblər.Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, birinci döngədə Hemilton Rosberqi sağdan ötmək istəyib və trasdan çıxıb. O, idarəetməni tirib və komanda yoldaşına çırpılıb. Hər iki pilot distansiyadan çıxıb və maşınlar ciddi ziyan görüb.Qeyd edək ki, Rosberq əvvəlki mərhələlərdə bütün yarışlarda qalib gəlib. Hemilton isə bu mövsümdə Bəhreyn Qran-prisində üçüncü yeri tutub, Avstraliya və Rusiya Qran-prilərində isə ikinci olub.Dörd mərhələdən sonra Risberq şəxsi hesabda 100 xalla liderdir. Heçilton osə 57 xalla ikincidir. Üçüncü yeri Ferrari-ni təmsil edəm finlandiyalı Kimi Raykkonnen tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31