"Beşiktaş" Türkiyə çempionudur!

Türkiyə Superliqasında XXXIII turun oyunları keçirilib.  apasport.az  xəbər verir ki, həftənin ilk oyununda "Antalyaspor" öz meydanında "Trabzonspor"un daşını daş üstə qoymayıb. Aralıq dənizi sahilinin təmsilçiləri "qaradənizlilər"in qapısında 7 cavabsız top keçirib.

Bu turda 2015/16 mövsümünün çempionu bəlli oldu. Lider "Beşiktaş" evdə "Osmanlıspor"la oyunda qalib gəldi, xallarını 79-a çatdırdı və çempion oldu. İkinci yerdə olan "Fənərbağça"nın çempionatın sonuna bir tur qalmış 73 xalı var.

Türkiyə Superliqası
XXXIII tur

13 may
"Antalyaspor" - "Trabzonspor" - 7:0
Qollar: Ömər, 18, 49, 79, Çarles, 22, Makun, 37, Etame, 51, 62

14 may
"Bursaspor" - "Konyaspor" - 1:1
Qollar: Dəniz Yılmaz, 41 - Halil Sönməz, 45.

"Əskişəhərspor" - "Başakşəhər" - 1:2
Qollar: Okriaşvili, 66 - Napoleoni, 48. Çikalleşi, 93.

"Kayserispor" - "Sivasspor" - 1:1
Qollar: Bisesvar, 7 - Çaheçoue, 80.

"Rizəspor" - "Qaziantepspor" - 1:0
Qol: Dəniz Kadah, 12

15 may
"Akhisar" - "Qalatasaray" - 1:2
Qol: Səlcuq, 45+3 (pen.), 60

"Beşiktaş" - "Osmanlıspor" - 3:1
Qollar: Marselo, 21, 24, Qomez, 48 - Vebo, 74

"Fənərbaxça" - "Gənclərbirliyi" - 2:1
Qol: Van Persi, 38, 75 - Gürlər, 61

"Kasımpaşa" - "Mersin İdmanyurdu" - 7:0
Qollar: Adəm, 19, Koyta, 35, Skarione, 44, 66, 74, Kastro, 56, Arslan, 83

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31