"Neftçala" medallardan imtina etdi

Azərbaycan 1 divizionunda baş tutan "Neftçala" - "Energetik" matçından sonra gərgin anlar yaşanıb. Qafqazinfo  bildirir ki, hələ ötən tur çempionluğu təmin edən "Neftçala" klubu qarşılaşmadan sonra mükafatlandırma mərasiminə qatılmalı idi.

Lakin çempion komandanın oyunçuları əvvəlcə bundan imtina ediblər. Onlar medalları almaq istəməyiblər. Səbəb isə birinci divizion çempionu kimi növbəti mövsüm Topaz Premyer Liqasına qatılmamaq təhlükəsi ilə üzləşə biləcəkləri olub.

Amma Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək belə narahatçılığa əsas olmadığını dilə gətirib. O bildirib ki, hələ bu məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək. Bundan sonra isə futbolçular öz medallarını almaq üçün kürsüyə qalxıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31