"Kral kimi gedirəm"
13 May 2016 18:43 İdmanİsveçli hücumçu Zlatan İbrahimoviçin PSJ-dən gedəcəyini rəsmən açıqlayıb. Qol.az xəbər verir ki, özünün rəsmi Twitter səhifəsində PSJ-nin stadionunun şəklini paylaşan futbolçu bu sözləri yazıb: "Sabah bu meydandan sonuncu oyunuma çıxacam. Mən buraya kral kimi gəldim, kral kimi də gedirəm".
Qeyd edək ki, İbrahimoviçin PSJ ilə müqaviləsi bu ayın sonu başa çatır. Bəs İbrahimoviç bundan sonra harada oynayacaq? "Sky Sports"un jurnalisti Allessandro Alçiato bildirib ki, isveçli hücumçu karyerasını ya ABŞ-ın "Los-Anceles Qelaksi", ya da İngiltərənin "Mançester Yunayted" klubunda davam etdirəcək. Amma İbranın ABŞ liqasında oynamaq ehtimalı 90 faiz qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31