Ronaldinyo Türkiyə Super Liqasında

Braziliya millisinin sabiq üzvü Ronaldinyo karyerasını Türkiyədə davam etdirə bılər. Anspress bildirir ki, futbolçunun xidmətində "Antalyaspor" klubu maraqlıdır.

Bu barədə klub prezidenti Gültekin Gencer açıqlama verib. Onun sözlərinə görə, artıq məsələ ilə bağlı qarşı tərəflə danışıqlara başlanılıb: "Ronaldinyo transferində ciddi irəliləyiş var. Demək olar ki, məsələ bitmək üzrədir. İdarə heyəti ilə razılıq əldə etmişik. Futbolçu ilə 1+1 sistemi ilə sözləşmə imzalamaq istəyirik. Hazırda isə Ronaldinyo ilə müqavilənin detallarını müzakirə edirik. Onu 1 ay müddətinə Antalyaya gətirəcəyik".

Türkiyənin "Antalyaspor" klubu daha öncə Samuel Eto'O transferi ilə gündəmə gəlmişdi. Türkiyə mətbuatı braziliyalının gəlişində məhz "Antalyaspor" klubunun ulduz futbolçusu Samuel Eto'Onun vasitəçi olduğunu qeyd edib. Ronaldinyo ilə Eto'O "Barselona" da birgə çıxış etdikdən bəri dostluq edir.

Bir müddətdir ki, Türkiyə KİV-ində "Antalyaspor"un böyük transferlər edəcəyi yazılırdı. Bir müddət aradan sonra yenidən Türkiyə Super Liqasına qayıdan klub mövsümə yaxşı başlayıb və heyətini gücləndirmək fikrindədir. Hazırda "Antalyaspor" 42 xalla turnir cədvəlinin onuncu sırasında qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31