Joze Mourinyo 2 milyon avro cərimələndi
12 May 2016 14:20 İdmanPortuqaliyalı baş məşqçi Joze Mourinyo 2 milyon avro cərimələnib. Qərar İspaniya vergi xidməti tərəfindən verilib. 53 yaşlı mütəxəssisin "Real Madrid" klubunda çalışdığı zaman vergi məsələlərində ölkə qanunvericiliyini pozduğu bildirilib. Ümumilikdə J.Mourinyo 1 milyon avro pozuntuya yol verib. Komissiya ödənilməyən bu məbləği ikiqat artırıb. O, qərardan heç bir şikayət etməyib.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31