Azərbaycanlı tələbə ABŞ-da bürünc medal qazandı

ABŞ-ın Texas universitetində atletika üzrə Tələbələrin Liqa yarışları keçirilib. "Report"un məlumatına görə, ənənəvi yarışda Birləşmiş Ştatların əksər universitetlərinin tələbələri mübarizə aparıblar. Onların arasında ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da olub. O, hündürlüyə tullanma yarışlarında 2.05 m nəticə ilə üçüncü yeri tutub. Yarışın qalibi adını 2.16 m hündürlüyə tullanan yerli atlet Çarlz Ostin qazanıb. Yekun nəticələrə əsasən, Miçiqan Universitetində təhsil alan Ə.Məmmədov yarışın bürünc medalına layiq görülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31