İslam Həmrəyliyi Oyunlarının rəhbər işçiləri Bakıda bir araya gəldi

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda başlamasına bir il qaldığı bir vaxtda, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri Oyunlara hazırlığı qiymətləndirmək məqsədi ilə bu gün bir araya gəliblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboumun sədrliyi ilə, Koordinasiya Komissiyasının nümayəndələri Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi (AISGOC) tərəfindən hazırlanan bir sıra təqdimatlara tamaşa ediblər. Seminar zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, açılış və bağlanış mərasimləri və digər təşkilati yeniliklərlə bağlı geniş məlumatlar verilib.ISSF-in 1-ci Vitse-prezidenti və Koordinasiya Şurasının sədri polkovnik Hamad Kalkaba Malboum bildirib ki, Azərbaycan idman dünyasında böyük irsə malik bir ölkədir və biz əminik ki, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar və tamaşaçılar üçün dünya səviyyəli bir tədbir təşkil edəcək. Bakıya yenidən qayıtmağımızdan və hazırlıq işlərindəki mühüm və böyük irəliləyiş haqqında eşitməyimizdən məmnun olduq. Təşkilat komitəsinin oyunlara hazırlıq prosesindəki yüksək əhval ruhiyyəsi bizi çox sevindirir və Oyunlara bir il qalması etapının qeyd edilməsini səbirsizliklə gözləyirik. Gənclər və İdman Naziri, AISGOC-nin baş icraçı direktoru Azad Rəhmiov deyib ki, Bakıda Koordinasiya Komissiyasını qəbul etmək bizə sonuncu görüşdən keçən dövr ərzində gördüyümüz işlərin yekununa bir daha nəzər salmağa və qarşıda duran planların icrasını bir daha müzakirə etməyə imkan yaradır. 12 gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Azərbaycanın böyük idman yarışlarını çox böyük uğurla həyata keçirdiyini nəzərə alsaq, ölkəmizə təşrif buyuracaq nümayəndələrin də Azərbaycandan xoş təəssuratlarla ayrılacağına əminik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31