Gənc sərbəst güləşçilər Xasavyurtdan 4 medalla qayıdıb

Dağıstan Respublikasının Xasavyurt şəhərində sərbəst güləş üzrə gənclər arasında "Dostluq - Qafqaza sülh" ("Дружба - Мир Кавказу") 38-ci beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə Rusiya, Azərbaycan, Qazaxstan, Ukrayna, Ermənistan, Özbəkistan, Latviya, Litvadan 170-dən artıq pəhləvan 8 çəki dərəcəsində mübarizə aparıb. Güləşçilərimiz yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Bütün rəqiblərindən üstün olan Orxan Abbasov (66 kq) turnirin qızıl medalını qazanıb. Murad Xaliqov (84 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) yalnız final görüşündə uduzub və gümüş medala yiyələnib. Bürünc medalı isə yığmamıza Məhəmməd Abdullayev (60 kq) qazandırıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31