AVRO-2016: Son 1/4 finalçılar bəlli olur
12 May 2016 10:37 İdmanBu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində III turun qalan oyunları keçiriləcək. Apasport.az-a istinadən xəbər verir ki, C və D qrupunda yer alan komandalar ilkin mərhələdəki son çıxışlarını edəcəklər. Əvvəlcə meydana D qrupunun təmsilçiləri çıxacaqlar. Saat 14:00-da start veriləcək matçlarda İspaniya İtaliya, Serbiya isə Hollandiya ilə qarşılaşacaq. Nəzəri olaraq bütün komandaların növbəti mərhələyə keçmək şansı olduğu üçün hər iki matçın gərgin mübarizəyə səhnə olacağı gözlənilir. C qrupunda da vəziyyət eynidir. İsveç Fransa, Danimarka isə İngiltərə ilə 1/4 final üçün yarışacaq.
17 yaşlılar arasında Avropa çempionatı
III tur
12 may
D qrupu
14:00. İspaniya - İtaliya
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Vasili Ermişin (Moldova)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
"Qarabağ" stadionu
14:00. Serbiya - Hollandiya
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Alen Heyniger (İsveçrə), Endryu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı Olimpiya Stadionu
C qrupu
19:00. İsveç - Fransa
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
"Qarabağ" stadionu
19:00. Danimarka - İngiltərə
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Edvard Spiteri (Malta), Emmett Dinan (İrlandiya)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
Hakim-inspektor: Mark Batta (Fransa)
Bakı Olimpiya Stadionu