"Arsenal"ın hücumçusu Danni Uelbek əməliyyat olunub. "Mançester Siti" ilə oyunda (2:2) zədələnən futbolçu sağ dizindən cərrahi müdaxiləyə məruz qalıb. 25 yaşındakı oyunçu 9 ay yaşıl meydanlardan uzaq qalacaq. Uelbek bu zədə səbəbindən bu yay Fransada təşkil olunacaq AÇ-2016-nı da buraxmalı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31