Millimiz Şotlandiyanı belə məğlub etdi
12 May 2016 10:24 İdmanDünən 17 yaşadək futbolçular arasında Azərbaycanda keçirilən Avropa çempionatında A və B qruplarında son turun oyunları keçirilib. Milli.Az qol.az-a istinadən bildirir ki, yığmamız həlledici oyuna çıxıb. Təbriz Həsənovun komandası qrupun son görüşündə Şotlandiya millisi ilə qarşılaşıb. Komandamız qrupdan çıxmaq üçün Şotlandiyanı ən az 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından ən az 3 cavabsız qol keçirməli idi. Yığmamız şotlandları 1:0 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb. Lakin digər oyunda heç-heçə qeydə alındığından milli komandamız qrup mərhələsini üçüncü pillədə başa vurub. A qrupundan Portuqaliya və Belçika yığmaları 1/4 finala adlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31