"Ranyeri "dinq-donq" metodundan "Napoli"də istifadə edib"
11 May 2016 19:00 İdmanİtaliya millisinin eks futbolçusu Canfranko Zola "Lester"nin baş məşqçisi Klaudio Ranyerinin yetirmələrini canlandırmaq üçün istifadə etdiyi maraqlı üsuldan danışıb. Təcrübəli mütəxəssis "Lester"in məşqlərində zəng səsini imitasiya etdiyini gizlətməmişdi. Goal.az xəbər verir ki, Zola bu metodun yenilik olmadığını qeyd edib.
""Dinq-donq" metodu yenilik deyil. Ranyeri "Napoli"də bundan istifadə edib. Klaudionun soyunub-geyinmə otağındakı nitqi həmişə parlaq alınırdı. Yadımdadır, bəzən Desayi onun sözlərini futbolçulara tərcümə edirdi. Maraqlı mənzərə alınırdı. Marsel məşqçinin sözlərini əksər hallarda 2 dəfə ixtisar edib çevirirdi. Qeyd etmək lazımdır ki, Klaudio fikirlərini futbolçulara çatdırmağı bacarır və bunu çox həvəslə edirdi. "Dinq-donq" ifadəsini tez-tez işlədirdi. Birinci dəfə bunu eşidəndə nə anlama gəldiyini başa düşdüm. Bəzən futbolçuya "oyanmaq" üçün belə zəng lazımdır. Konsentrasiya futbolda əhəmiyyətli amildir".