Baş məşqçi qovuldu

Rusiyanın "Dinamo" klubu baş məşqçisi Andrey Kobelevlə yollarını ayırıb. Qol.az xəbər verir ki, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub. Komandanın turnir cədvəlindəki mövqeyindən narazı qalan rəhbərlik Kobelevlə yolları ayırmaq qərarına gəlib. Baş məşqçi vəzifəsinə əvəzedici komandanın çalışdırıcısı Sergey Çikişev gətirilib.

Qeyd edək ki, Moskva təmsilçisi geridə qalan 27 turdan sonra 25 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31