Arda izləyicisini hədələdi: "Səni tapsam..."

"Barselona"nın türk ulduzu Arda Turan İnstaqram-da izləyicisinə əsəbiləşib. Axar.az bildirir ki, Sərtaç Sarac adlı izləyicisi Arda Turanı tənqid edib. Futbolçuya "Sənə reklam çəkilişlərindən vaxt tapıb, futbolunu inkişaf etdirməyi tövsiyə edirəm. La Liqada "mövsümün ən pis 11-inə seçilərək ölkəmizi "qürurlandırdın". Həyat sənin üçün gözəldir, şouya davam", - yazan Sarac gözləmədiyi bir vəziyyətlə qarşılaşıb. Arda Turan izləyicisinə "Səni axtarıb tapacam, onda şou necə olur görəcəksən", - yazaraq cavab verib.

İzləyicisinin də Arda Turana cavabı gecikməyib: "Axtarıb tapmağına gərək yoxdur. Quldurluq edəcəksənsə, ünvanımı verim. Allahdan başqa heç kimdən qorxumuz yoxdur".
Qeyd edək ki, Arda Turan daha sonra yazışmanı silib. Onun izləyicisi ilə bu tonda danışması sosial şəbəkədə tənqid olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31