Yeniyetmələrimiz Dağıstanda 2 gümüş və 2 bürünc medal qazanıb

Dağıstan Respublikasının Çaroda rayonunda Sovet İttifaqı qəhrəmanı Əhməd Abdulməcidovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yığma komandanın üzvləri yarışlarda 2 gümüş və 2 bürünc medal qazanıb. Yalnız final görüşündə uduzan Elmar İbrahimov (58 kq) və Rəşad Yusifli (76 kq) gümüş medala yiyələniblər. Bürünc medalları isə yığmamıza Rəcəb Nuriyev (63 kq) və Ruhan Məmmədov (69 kq) qazandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31