Final isveçliyə əmanət
11 May 2016 11:59 İdmanUEFA Avropa Liqasının "Sevilya" və "Liverpul" arasında baş tutacaq final oyununun hakimlərini açıqlayıb. Apasport.az xəbər verir ki, final isveçli hakimlər briqadasına həvalə edilib. Qitənin ikinci dərəcəli klub turnirinin həlledici oyununun baş hakimi Yonas Eriksson olacaq. Ona Matias Klasenius və Daniel Varnmark kömək edəcəklər. Matçın əlavə köməkçi hakimləri Stefan Yohanesson və Markus Stromberqsson olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə norveçli Sveyn Moen yerinə yetirəcək.
Qeyd edək ki, Avropa Liqasının 2015/16 mövsümünün final oyunu mayın 18-də, İsveçrənin Bazel şəhərindəki "Sent Yakob Park" stadionunda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31