FIFA prezidenti "Qarabağ"ı təbrik etdi
10 May 2016 19:00 İdmanFIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibini təbrik edib. AFFA-nın rəsmi saytı bildirir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Premyer Liqanın 2015/2016-cı il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31