"Real"ın ulduzu milliyə çağırılmadı

"Real"ın futbolçusu Qaret Beyl "Avro-2016" üçün Uels millisinin ilkin heyətinə çağırılmayıb. Qol.az xəbər verir ki, buna səbəb onun Madrid klubu ilə Çempionlar Liqasının finalında "Atletiko" ilə oyuna hazırlaşmasıdır. Millinin baş məşqçisi Kris Koulmen "Avro-2016" üçün yekun heyəti mayın 31-i açıqlayacaq. Hazırda zədədən əziyyət çəkən Q.Beylin sağalacağı təqdirdə milliyə çağırılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31